“Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq baxımından münasibətlər müsbət inkişaf edir”.
"Cebhe.info" TASSA-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.
“Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, əsas məsələyə - ticarət-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəldikdə, əlaqələrimiz müsbət inkişaf edir.
Dövriyyədə dörd milyarddan çox, 4,3-4,5 milyard isə birbaşa Rusiya investisiyalarıdır. İlin birinci yarısında artıq, mənim fikrimcə, 13% artım var.
Ümumiyyətlə, hər şey müsbət inkişaf edir”, - Rusiya dövlətinin başçısı bildirib.