EN

“Qarabağ”da görüş: “Siz bizim gələcəyimizsiniz”

“Qarabağ”ın İdarə Heyətinin üzvləri – Emrah Çelikel və Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və əsas komandanın futbolçuları akademiyanın U-11, U-13, U-14, U-15 kollektivlərinin üzvləri ilə görüşüblər.

Futbolpress.az xəbər verir ki, oyunçuların önündə çıxış edən Qurban Qurbanov, onları bu mövsüm qazanılan çempionluqlar münasibəti ilə təbrik edib və gənc futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb:

“Çempionluq münasibətilə hər birinizi təbrik edirəm. Uğurlarınıza sevinirəm. Siz bizim gələcəyimizsiniz. Hər idmançıya çempionluq sevinci yaşamaq nəsib olmur. Bu, sizin ilk belə uğurunuzdur. Gələcəkdə daha çox çempionluqlar yaşamağı arzulayıram. Hər zaman yanınızdayıq və həmişə sizə dəstək olacağıq”.

Qeyd edək ki, “Qarabağ”ın aşağı yaş qrupları bu mövsüm Qəbələdə təşkil olunan U-11 İnkişaf Turnirinin, AFFA U-13, U-14, U-15 Liqalarının qalibi olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources