EN

Bozqurd işarəsi UEFA-nı narahat etdi: "Araşdırmağa başlamışıq"

Hurriyyet.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı - UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralın Bozqurd işarəsini göstərməsi ilə bağlı araşdırmaya başlayıb.

Demiral Avropa çempionatında Avstriya komandasının qapısına vurduğu zərbədən sonra sevincini belə ifadə edib.

UEFA-nın açıqlamasında deyilir: "Türkiyə millisinin üzvü Merih Demiralın qeyri-münasib olduğu ehtimal edilən davranışı ilə bağlı UEFA-nın intizam qaydalarına əsasən araşdırma başlanıb. Bu məsələ ilə bağlı əlavə məlumat yaxın vaxtlarda veriləcək".

İyulun 3-də, Avropa çempionatının səkkizdə bir final qarşılaşmasına Türkiyə millisi Avstriya komandasını 2:1 hesabı ilə məğlub edib. Demiral dublun müəllifi olub. 

Hürr Tərcüman

Chosen
95
hurriyyet.az

1Sources