EN

İsrailin Fələstinlə bağlı daha bir planı üzə çıxdı

İsrail İordan çayının qərbində Fələstin torpaqlarını işğal etməklə öz ərazisini genişləndirməyi planlayır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail bu ərazilərdə təxminən 6 min yeni qeyri-qanuni yaşayış yeri tikməyi planlaşdırır. 
 
İsrailin \"Peace Now” qeyri-hökumət təşkilatının internet saytında yer alan xəbərdə, Yüksək Planlaşdırma Şurasının işğal altındakı İordan çayının qərb sahilində yeni qeyri-qanuni yaşayış binaları üçün hazırlıqlar gördüyü bildirilib. 

Xəbərdə Yüksək Planlaşdırma Şurasının işğal altındakı İordan çayının qərb sahilində 6 min 16 qeyri-qanuni evin tikintisini təşviq edəcəyi, şuranın Fələstin torpaqlarının qəsb edilməsini genişləndirmək üçün bu gün və sabah iki iclas keçirəcəyi bildirilib. 
 
Məlumata görə, Şuranın fevral ayında keçirdiyi iclasda 3426 qeyri-qanuni yaşayış yerinin təsdiqləndiyi və keçən ilin rekord il olduğu və 12349 qeyri-qanuni yaşayış yerinin təşviq edildiyi yer alıb. 
 
İsrail Təhlükəsizlik Kabineti də Fələstin torpaqlarını qəsb etmiş israillilərin yaşadığı işğal altındakı İordan çayının qərb sahilində 5 qeyri-qanuni yaşayış məntəqəsinin qanuniləşdirilməsini təsdiqləyib. 

Qeyd edək ki, İsrail işğal altındakı İordan çayının qərbində 451 min, Şərqi Qüdsdə isə 230 min Fələstin torpaqlarını qəsb edib.
 
Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bu yaşayış məntəqələri qeyri-qanuni hesab olunur.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
azxeber.com

1Sources