EN

Vladimir Putin: “Bu il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb”

Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb.

“Report” xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4,5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu istiqamətdə tendensiya yaxşıdır: 13 %-lik artım”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
17
musavat.com

10Sources