EN

Separatçılar əməllərindən QALMIR: Onları hansı aqibət GÖZLƏYİR?

Separatçılar əməllərindən QALMIR: Onları hansı aqibət GÖZLƏYİR?

Qarabağın erməni separatçıları İrəvandakı fəaliyyətlərini aktivləşdiriblər. Bununla bağlı mətbuatda xəbər yayılıb. Separatçılar bu dəfə 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra fəaliyyəti dayanan "Artsax TV"nin fəaliyyətini bərpa edirlər. Keçmiş qondarma respublikada ombudsman olan Geqam Stepanyan da artıq yayılan məlumatı təsdiqləyib. O, tv-nin faəliyyətini kiçik komanda ilə davam etdirəcəyini bildirib. Televiziyanın fəaliyyətini davam etdirməsində əsas məqsədin Qarabağ ermənilərinin identikliyini saxlaması, Qarabağ ermənilərinin dialektinin qorunması olduğu vurğulanıb.

Separatçıların bu addımı ilə bağlı Paşinyan hansı addımlar atacaq? Mövzunu Sonxeber.az-a şərh edən Tofiq Abbasov deyib ki, Ermənistan hökuməti Nikol Paşinyan başda olmaqla Azərbaycanla delimitasiya və demarkasiya məsələlərində, iki formatlı danışıqlarıda irəliləyir. Amma onlar lazımi dinamikanı əks etdirmir. Yəni sürət bir qədər aşağıdır:

"Nikol Paşinyan hələ buna hazır deyil. Bu lənglik onun daxilindəki problemlər ilə bilavasitə əlaqəlidir. Qarabağdan çıxan separatçılar Paşinyanın ayağına dolaşır. Çalışırlar ki, onun hərəkətlərini məhdudlaşdırsınlar. Sülhə aparan yolu bir növ bağlamağa çalışırlar. Bu proses yeni istiqamətə qədəm qoyur. Nikol Paşinyanın güc strukturlarının separatçıların İrəvanda əl-qolunu bağlaması təsadüf deyil. Onların maşınları müsadirə olunur və yerləşdikləri binalarda axtarışlar aparılır. Hakimiyyət bir növ bildirir ki, gəliblərsə özlərini normal aparmalıdır. Onlar İrəvanda problem yaratmamalıdır. Amma onlardan istifadə edən qüvvələr məhz Qarabağ ermənilərini alət görürlər. Onlar vasitəsilə hakimiyyəti devirməyə çalışırlar. Biz görürük ki, Tavuş hərəkatında Keşiş Baqrat Qalstanyanın fəallığı artıq sönür. Əvvəlcə dedi ki, guya Tavuş uğrunda mübarizə aparır. Sonra İrəvana gəlib çıxdı və hərakatın adını dəyişdirdi. Yenidən isə Tavuşa qayıtdı. Artıq demək olar ki, onun resursu tükənir. Çünki məqsəd izdiham yığmaq idi".

Politoloqun sözlərinə görə, separatçılar hakimiyyət üçün problem yaratmaq və camaatı meydanlara doldurmaq istəyirdilər:

"Onlar Paşinyanın öz texnikasından istifadə edərək devirməyə çalışırdılar. Paşinyan hələ ki dözümlülük göstərir. Çünki o bilir ki, onların bir o qədər gücü yoxdur və istəklərinə nail ola bilməyəcəklər. Bu istiqamətdə guya Qarabağın "televiziya"sını bərpa edirlər və dialekti saxlayırlar. Bunların hamısı qondarma və boş işlərdir. Birincisi Ermənistan cəmiyyətində Qarabağ ermənilərinə həmişə nifrət olub və davam edəcək. Onlar Qarabağ ermənilərini ümumiyyətlə qəbul etmirlər. Bu ideologiyanı yayan xaricdən vaxtilə Ermənistana köç etmiş haylardır. Onlar bu Ermənistanı özləri üçün "beşik" kimi təsəvvür edirlər. Qarabağ ermənilərini satqın olaraq adlandırırlar. Yəni artıq bu ermənilərə min dənə ad qoyulur. Qarabağ ermənilərinin qeyrəti olsaydı, Köçəryan və Sarkisyanın əsrinə çevrilməsəydilər onların ən yaxşı variantı Azərbaycanda yaşamaq və inteqrasiya etmək olardı. Çünki Azərbaycan tərəfi onlara həmişə hörmət bəsləyib. Onlar nankorluq etdilər və cızıqlarından çıxdılar".

Tofiq Abbasov qeyd edib ki, Qarabağ erməniləri xaricdə yaşayan təxribatçıların, Kremldə oturan satqın Qorbaçovun fitvalarına getdilər:

"Nəticədə müharibələr, itkilər və dağıntılar meydana gəldi. İndi onların şansı tükənib və Ermənistanda heç bir şey edə bilməyəcəklər. İstər televiziya açsınlar, istərsə də dialektlərini bərpa etsinlər. Onların resursu bitib. Ən normalları bir neçə nəfər qalib. Onlar reinteqrasiyanın imkanlarını duyurlar və çalışırlar ki, Azərbaycan ilə öz gələcəklərini əlaqələndirsinlər. Bu ən düzgün seçimdir. Qarabağ ermənilərinin çoxu qayıtmaq istəmir. Çünki onların əlində qan izləri var. Digər tərəfdən ya özləri ya da da yaxın ətrafı cinayətkardır. O məsuliyyəti daşımaq istəmirlər. Qarabağ erməniləri geri buna görə qayıtmayacaqlar. Bu Azərbaycanın işi deyil. Biz özümüzü etibarlı şəkildə müdafiə etmişik. Digər tərəfdən biz təhlükəsizliyimizi ciddi şəkildə qoruyuruq. Regiona yaxşı bir sağlam gətirmişik. Ermənistanın daxilində bu çaxnaşmalar hələ çox təkrarlanacaq. Bu onların aqibətidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
sonxeber.az

1Sources