EN

ING bu il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5%-dən 2,8%-ə yüksəldib, 2025-ci ildə isə 2,7%-dən 2,5%-ə endirib.

2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%, ilin son rübü üzrə isə proqnozunu 1,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.

Chosen
66
1
apa.az

2Sources