EN

Monqolustan ŞƏT-in sammitində iştirak edəcək

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının bu gün keçiriləcək iclasında iştirak edəcək.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Monqolustan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sammitdə Uxnaaqiyn Xurelsux geniş tərkibdə çıxış edəcək. Həmçinin ŞƏT-ə üzv ölkələrin liderləri və dialoq üzrə tərəfdaşlarla ayrı-ayrılıqda görüşlər keçirəcəyi, ikitərəfli münasibətlərin və hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir. 

Qeyd edək ki, Monqolustan 2004-cü ildə ŞƏT-də müşahidəçi statusu alan ilk ölkə olub. Monqolustan mütəmadi olaraq ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclaslarında iştirak edir. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources