EN

Siyavuş Novruzov - Seçkidə iştirakımızın mümkün olmadığını yazan adam savadsızdır

Yeni Azərbaycan Partiyası namizədliyimizi məsləhət görəcəyi halda seçkidə iştirak etmək hüququmuz olacaq. Bunu anews.az-a müsahibəsində deputat Siyavuş Novruzov deyib. 
 
Bu gün report agentliyi deputat Siyavuş Novruzovun və Sevinc Hüseynovanın Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibində olmasını əsaslandıracaq onların namizəd olmayacağını yazıb. 

"Biz Mərkəzi Seçki Komissiyasının üzvləri deyilik ki, seçkidən imtina edək. Partiya daxilində seçkilərə rəhbərlik, idarəetmədə iştirak edəcəyik. Bzim iştirak etməyəcəyimizi yazan adam sadəcə savadsızdır", - deputat açıqlamasında bildirib. 
 
Deputat söyləyib ki, partiya onların namizədliyini təklif etdiyi halda yenidən deputat postu üçün mübarizə aparacaqlar. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
anews.az

1Sources