EN

İqtisadiyyatın hansı sahələrinə daha çox yatırım olunmalıdır?

Ölkə iqtisadiyyatının inkşaf etdiyi bir dövrdə,  təkcə yerli sahibkarlar deyil, eyni zamanda xarici investorlar da yatırımlar etməsində maraqlıdırlar.  Hansı sahəyə daha çox yatırım olunarsa, bu, demək həmin sahənin daha çox inkşaf etməsi deməkdir. Bəs ölkəmizdə daha çox hansı sahələrə yatırım olunmalıdır?

İqtisadçı Eldəniz Əmirov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, hər il  neft qiymətlərindən asılı olaraq dövlət büdcəsində  müəyyən dəyişikliklər olunur. Onun sözlərinə görə  bu il də  istiqamət olaraq qanun layihəsində dəyişiklik olundu: "Belə ki, əsas istiqamət işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətləndirməsinə yönəldilmişdir və eyni zamanda ölkənin milli təhlükəsizlik məsələləri burada hədəf olaraq götürülmuşdur. Məsələn, ordu quruculuğu, müdafiə xərcləri buna prioritet olaraq götürülür".

E. Əmirov onu da qeyd edir ki, sosial xərclərin də digər iki istiqamətlə paralel aparılması daha doğru olar: "Yəni  işğaldan azad olunmuş ərazilərdə yenidən qurma və bərpa işləri, müdafiə və milli təhlükəsizlik məsələri,  əhalinin sosial rifahına yönələcək tədbirlər. Düşünürəm ki, sadaladığım bu üç istiqamət dövlət büdcəsinin əsas hissəsini təşkil etməlidir".


Havar Şəfiyeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources