EN

Ukrayna BVF-dən 2,2 milyard dollar alıb

Ukrayna
Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) ümumi həcmi təxminən 16 milyard dollar olan Genişləndirilmiş Kredit Mexanizmi (EFF) proqramı vasitəsilə 2,2 milyard dollar alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Telegram-kanalı ölkənin baş naziri Denis Şmıqala istinadla məlumat yayıb.

Bildirilir ki, Ukraynanın BVF-dən aldığı 2,2 milyard dollar 16 milyard dollarlıq EFF proqramının nəzərdə tutduğu vəsaitin bir hissəsidir.

Şmıqalın sözlərinə görə, köçürülən məbləğ hökumətə kritik büdcə xərclərini, sosial müavinətləri, həkimlərin və müəllimlərin maaşlarını maliyyələşdirməyə kömək edəcək.

Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılması BVF-nin Direktorlar Şurası tərəfindən iyunun 28-də təsdiqlənib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
2
reyting.az

3Sources