EN

“İranda seçkilərin taleyi də ali dini rəhbərlik tərəfindən həll edilir...”-Ekspert

“Təxmin edirəm ki, sonda Səid Cəlili prezident olacaq və mühafizəkarlar öz mövqelərini qoruyub saxlayacaqlar...”
 
“İranda keçiriləcək prezident seçkilərinin ikinci turundan mən heç bir sürpriz gözləmirəm. Yenə Məclisə seçkilərdə dairələr səviyyəsində müəyyən mənada rəqabət olur. Prezident seçkilərindən isə heç danışmağa dəyməz”. 
 
Bunu Moderator.az-a açıqlamasında “İranda II tura qalan seçki prosesini necə təhlil edərdiniz?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
 
“Hər şey, o cümlədən seçkilərin taleyi də ölkənin ali dini rəhbərliyi tərəfindən həll olunur və ondan sonra bunun cəmiyyətə təqdimatı qalır. Odur ki, cəmiyyət qarşısında bunu bir gerçək seçki prosesi kimi təqdim etmək üçün, deyərdim ki, hardasa süni və yaxud yarı süni bir rəqabət mühiti yaradılır. Əlbəttə, İran dövlətinin daxilində, hətta monolit görünən hakimiyyətin daxilində çox müxtəlif qruplaşmalar var və onlar bir-biri ilə siyasi mübarizə aparır. Amma bir məsələ var ki, İran cəmiyyətində son sözün sahibi ali dini rəhbərdir, yəni Əli Xamneyidir. Ona görə də hesab edirəm ki, budəfəki seçkilərdən də hansısa bir sürpriz gözləməyə dəymir. Mən təxmin edirəm ki, sonda Səid Cəlili prezident olacaq və mühafizəkarlar öz mövqelərini qoruyub saxlayacaqlar. Başqa variantı, sözün düzü, təsəvvür etmək belə, çətindir”, - deyə davamında ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources