EN

Avropalılar Ukraynaya ordu göndərmənin əleyhinədirlər

Əksər avropalılar öz ordularının Ukraynadakı döyüş bölgəsinə göndərilməsinin əleyhinədir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Politico” Avropa Şurasının Xarici Əlaqələr üzrə analitik mərkəzinin sorğusuna istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, əhalinin 90 faizi Bolqarıstanda, 85 faizi Yunanıstanda, 81 faizi Almaniyada, 80 faizi İtaliyada, 78 faizi İsveçrədə, 72 faizi Çexiyada Ukraynaya qoşun göndərilməsinin əleyhinədir. 
O da qeyd olunur ki, həmçinin, bu ölkələrdə respondentlərin əksəriyyəti "Avropa Ukraynaya təzyiq göstərməlidir ki, münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar prosesinə başlasın” ifadəsi ilə razılaşır.

Eyni zamanda, Bolqarıstan, Yunanıstan və İtaliya vətəndaşlarının əksəriyyəti müttəfiqləri tərəfindən Ukraynaya hərbi yardımın artırılmasını pisləyib.

Xatırladaq ki, iyunun 25-də Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib ki, Ukraynaya avropalı hərbi təlimatçıların göndərilməsi Avropa İttifaqı ölkələrinin qoşunlarının ölkə ərazisində görünməsi istiqamətində qorxulu addım olacaq.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources