EN

İran parlamentinin keçmiş sədri xalqa XƏBƏRDARLIQ ETDİ

 İran parlamentinin keçmiş sədri xalqa xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə İran telegram kanallarında məlumat paylaşılıb.

Laricaninin müraciətində qeyd edilir:

“O ölkələr diktaturaya doğru gedir ki, xalqın küskünlüyü ilə bir azlıq hakimiyyətdə bütün sahələrə nəzarəti ələ keçirir və ya hökumət strukturları bəzən insanları yanlış yol seçməyə məcbur edir və xalq siyasi səhnədn uzaqlaşdırılır. Dövlətin hansısa strukturu səhv edirsə, xalq öz varlığı ilə həmin səhvi düzəltməli və deməlidir ki, biz öz yolumuzu tapmışıq. Səs verməmək ölkəni bir azlığın hakimiyyətdə dominantlığına aparacaq yoldur. Problemlər varsa, səsvermə yolu ilə aradan qaldırılmalıdır. Allah eləməsin, səs verməmək diktaturaya gətirib çıxarsa, böyük zərər olar. Şübhəsiz ki, xalqın böyük hissəsinin etirazı düzdür, əgər işlər düzgün aparılsaydı, xalq ümidsizliyə düçar olmazdı. Amma sual yaranır ki, bu ümidsizlik necə aradan qaldırılmalıdır? Daha zəif insan prezident olanda, təbii ki, ölkədə iqtisadi problemlər həllini tapmayacaq”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
1
musavat.com

2Sources