İTV-nin şərhçisi Tural Dadaşov AÇ-2024-ün final matçını stadiondan şərh edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kanalın idman şöbəsinin redaktoru Kənan Hakimov paylaşım edib.
O bildirib ki, T.Dadaşov matçın keçiriləcəyi Berlin Olimpiya Stadionunda həlledici matçın şərhçilərindən biri olacaq.
Həmçinin kanalın digər əməkdaşları da arenanın kənarında yaradılan zonalarda (pitch side) son məlumatları tamaşaçılara çatdıracaq.