EN

“Sabah” Andrey Voynaloviçi heyətinə qatdı

Azərbaycanı bu il FİBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb.

Son mövsümü Vrotslav təmsilçisi “Slask” klubunun heyətində Polşa liqasının bürünc medalını qazanan 24 yaşlı basketbolçu bu komandada 22 oyun keçirib. Andrey 205 sm boya malikdir.

Xatırladaq ki, “Sabah” daha öncə Latviya millisi ilə son dünya çempionatında 5-ci olan mərkəz oyunçusu Klav Çavarı da heyətinə qatdığını açıqlamışdı. Onunla da 2 illik müqavilə imzalanmışdı.

Mayk Holton, Artyom Butyankov, Kamron Blu, Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov da klubla yeni müqaviləyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
7
arena.az

5Sources