EN

Türkiyənin ixracı 125 milyard dolları ötüb

Türkiyənin bu ilin birinci yarısında ixracı 125,4 milyard dollara yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi iyun ayı xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumata görə, ötən ay ölkənin ixracı 18,6 milyard dollar təşkil edib. Son 1 ildə isə Türkiyə 257,8 milyard dollarlıq mal tədarük edib.

Ən çox ixrac edən sektorlar arasında avtomobil iyun ayında 2,6 milyard dollarla birinciliyini qoruyub. Avtomobil sənayesini 2,3 milyard dollarla kimya sənayesi və 1,3 milyard dollarla polad sənayesi izləyib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources