EN

Haitidə silahlı dəstə polis bölməsinə silahlı hücum etdi: 20 polis həlak oldu

Haitidə Cimmi Çerizierin başçılıq etdiyi bədnam dəstə polis bölməsinə hücum edərək ən azı 20 polis əməkdaşını öldürüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Keniyanın rəhbərlik etdiyi beynəlxalq qüvvələr asayişi bərpa etmək üçün Haitiyə 400 polis göndərib.
 
Hücumdan sonra bir neçə dəstə üzvü öldürülüb və dəstənin başqa bir lideri polisin əks-hücumu ilə yaxalanıb.

Qeyd edək ki, dəstə 2022-ci ildən evsiz və risk altında olan gəncləri özünə cəlb edir və onlardan hücumlarda istifadə edir.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
azxeber.com

1Sources