EN

“Sirlər üzə çıxacaq” - Astroloqdan XƏBƏRDARLIQ

\"Merkuri və Pluton arasında əks bucaq yaranacaq. Təsir müddəti 3 gündür”. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb. 

O, öz paylaşımında bildirib: 

\"Bu müddət ərzində bizdə hər şeyin altını qazmaq, sirləri açmaq, həqiqətin arxasınca getmək istəyi yaranacaq. Gizli olan nə varsa üzə çıxacaq. 

Ünsiyyət qurmaq bir az çətin ola bilər. Qarşılıqlı söhbətlərdə davalara, mübahisələrə və manipulyasiya davranışlarına diqqət yetirmək lazımdır. 

 Bir şey deməzdən əvvəl dayanıb düşünmək və qarşı tərəfin fikirlərini dinləmək vacibdir. 

Beynimiz bu dövrdə inanılmaz dərinliklərə qədəm qoyacaq, səthi məsələlər bizi qane etməyəcək. Analitik düşünmə qabiliyyətimiz artacaq. Lakin bu təhlillərin bizi paranoyaya aparmasına imkan verməmək üçün diqqətli olmalıyıq. Hər hadisənin arxasında bir şey axtarmadan faktları olduğu kimi qəbul etmək, bu dövrü daha sağlam şəkildə keçməmizə kömək edəcək. 

Rəsmi işlərlə məşğul olarkən, rəsmi vəzifələrdə ünsiyyət quracağınız şəxslərə qarşı daha konstruktiv və nəzakətli davranmağa çalışın. Layihələrinizi və ideyalarınızı heç kimlə paylaşmamağa diqqət edin, çünki informasiya oğurluğu gündəmə gələ bilər. Onlayn alış-veriş edərkən diqqətli olun, etibar etmədiyiniz saytlardan alış-veriş etməyin. Şəxsi məlumatlarınızın təhlükəsizliyinə diqqət yetirin”. 

Oksana 
Chosen
68
11
azxeber.com

10Sources