EN

Fransada 200-dən çox namizəd Le Penin qarşısını almaq üçün namizədliyini geri götürdü

İfrat sağçı lider Marin Le Penin Fransada qalib gəlməsinin qarşısını almaq üçün prezident Emmanuel Makronun “Ensemble” alyansından 79 deputat, solçu partiyalardan isə 128 deputat namizədi geri çəkilmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, İfrat sağçı lider Le Penin qalib gəlməsinə mane olmaq istəyən mərkəz və sol partiyalardan olan 200-dən çox namizəd Fransada iyulun 7-də keçiriləcək seçkilərin ikinci turuna qədər geri çəkilmək qərarına gəlib. Fransa mətbuatı mərkəz və sol partiyaların 577 mandata sahib Fransa parlamentində çoxluq sayılan Le Penin 289 yer tutmasının qarşısını almaq üçün bu qərarı qəbul etdiyini açıqlayıb.

Bundan əlavə, xəbərdə geri çəkilən namizədlərin birinci turda səslərin 12,5 faizini toplayan və ya ondan çox səs toplayan namizədlər olduğu bildirilirdi. Seçki qaydalarına əsasən, ikinci turda mübarizə aparmaq üçün namizədlər ən azı 12,5 faiz səs toplamalıdır.

Sözügedən taktika keçmiş seçkilərdə Le Penin qarşısını almağa çalışmışdı, lakin Fransa mediası Le Penə dəstəyin əvvəlki seçkilərlə müqayisədə xeyli artdığına diqqət çəkmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources