EN

Antalyada rus və belaruslu turistləri daşıyan avtobus qəzaya düşüb

Türkiyənin Antalya vilayətində rus və belaruslu turistləri daşıyan avtobus qəzaya düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, Antalya hava limanına gedən Rusiya Federasiyası və Belarusdan olan turistlərin olduğu mikroavtobus Manavqat bölgəsində magistral yolda dirəyə çırpılıb. Qəza nəticəsində sürücü də daxil olmaqla çox sayda insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources