EN

HANSISA NAZİRƏ ÇANTA DOLU PUL DAŞIDIĞINI DEYƏN FIRILDAQÇI

«Təzadlar»a daxil olan şikayətçilərin məktublarında ”OVCO GROUP” MMC adını daşıyan və adı olub özü olmayan, amma arxasında fırıldaşçı əməllərin dayandığı bu şirkətin rəhbəri Orxan Səlimzadənin yalanları ayaq açsa da, artıq yerimə gücündə deyil…

Tezadlar.az saytının 27 iyun 2024-il buraxılışında  özünü şirkət rəhbəri kimi təqdim edərək gənc oğlanları, xüsusilə də gənc qızları iş və yüksək əmək haqqı verəcəyi adı ilə aldadaraq onları  onlayn işlədən, lakin maaş verməyən, hələ üstəlik onlardan müxtəlif məbləğlərdə borc pullar alıb  qaytarmayan Səlimzadə Orxan Valeh oğlunun qanunsuz əməllərindən bəhs edən “”OVCO GROUP”un ovçuluğu polisdə araşdırılır” başlıqlı yazı verilmişdir.

Yazıda o da qeyd olunmuşdur ki, toruna salıb 7000 manat pulunu mənimsədiyi Emin Məhərrəmov və onun dostları O.Səlimzadə haqqında polisə rəsmi şikayətlə müraciət ediblər. Hazırda bu şikayətlər əsasında Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırma gedir.

Yazının dərcindən sonra redaksiyamıza aldanan belə oğlan və qızların çoxsaylı müraciətləri gəlməyə başladı. Bu şikayətləri Orxan Səlimzadənin özünə də göndərdik ki, məlumatlı olsun. İlahi, bu insan az qala 100-ə qədər gənci necə aldada bilib? O.Səlimzadə haqqında çox kəskin ittihamlarla dolu bu müraciətlər “Təzadlar”ın Araşdırma Qrupu tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi sorğu verməklə göndərilib və araşdırılır.

 Bizə müraciət edən gənclərdən biri də ötən yazımızda adı çəkilən və O.Səlimzadə tərəfindən borc pul adı ilə 300 manatı alınıb mənimsənilən tələbə Emin Quliyevdir. E.Quliyev Orxan Səlimzadənin hələ bizə məlum olmayan daha bəzi kriminal əməllərini çatdırdı. Adam dəhşətə gəlir və təəccüb edirsən ki, belə tanınmış insanların, həmçinin dövlət qurumlarının adından istifadə edərək külli miqadarda pulları necə mənimsəyə bilir? Eyni zamanda, o da maraqlıdır ki, nəinki  hələ də cəzasız qalıb, hətta o, bu fırıldaqlarını bu gün də rahatca davam etdirir...

Chosen
33
2
tezadlar.az

3Sources