EN

Cəlilinin nümayəndələri azərbaycanlıları təhqir etdi

İran prezidentliyinə namizəd və seçkilərin ikinci turunda Məsud Pezeşkianın rəqibi Səid Cəlilinin seçki qərargahının nümayəndələri Pezeşkiana səs verənləri eşşək adlandırıblar.

Axar.az xəbər verir ki, bu barədə yerli sosial media kanallarında məlumat və videolar yayılıb.

“Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib, açıqca elan edirəm, təhqir də olsa olsa: Pezeşkiana eşşəklər səs verib”, - Cəlilinin nümayəndəsi deyib.

Videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb, polis qüvvələri aksiyanın genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs edib.

Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
5
axar.az

6Sources