EN

Antonio Quterriş: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Antonio

Bakı, 3 iyul, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq aləmdə mühüm rol oynayır və regional sabitliyə töhfə verir.

AZƏRTAC xəbər verir ki, iyulun 4-də Astanada keçiriləcək ŞƏT+ sammitində iştirak etmək üçün Qazaxıstana gələn BMT-nin Baş katibi Antonio Quterriş bu barədə Kazinform agentliyinə müsahibəsində deyib.

“Son bir neçə il ərzində ŞƏT beynəlxalq arenada mühüm oyunçuya çevrilib. Təşkilat həm də iqtisadi inteqrasiyanı və çoxtərəfli əlaqələri dərinləşdirməyə çalışır və regional təhlükəsizliyə töhfə verir”, - deyə Antonio Quterriş bildirib.

Onun sözlərinə görə, hazırda dünya iqlim böhranı və beynəlxalq münaqişələrin kəskinləşməsi də daxil olmaqla, bir çox problemlərlə üzləşib. Ölkələr böhranlar zamanı “artan fikir ayrılıqları qarşısında” bir araya gəlməli və birlikdə işləməlidir.

“Regional təşkilatlar dünyanın müxtəlif bölgələrində sülhün təşviqində və qorunub saxlanılmasında əsas rol oynayır. Təcrübələri, sürətli reaksiya imkanları və əməkdaşlıq çərçivələri onları münaqişələrin qarşısının alınması və sülhün bərqərar olması üçün əvəzolunmaz edir”.

Qeyd edək ki, BMT-nin Baş katibi Antoniu Quterriş bu gün səhər saatlarında Qazaxıstana gəlib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin də tədbirdə iştirak edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
azertag.az

3Sources