Pekin, 3 iyul, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin-Avropa Transxəzər ekspress marşrutunun açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Dövlət başçıları açılış mərasiminə videobağlantı ilə qoşulublar.
Qeyd edək ki, iyulun 2-də ÇXR lideri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin