EN

Kritik VƏZİYYƏT: Suriyalılar Türiyədən çıxarılır? - ŞƏRH

Kritik VƏZİYYƏT: Suriyalılar Türiyədən çıxarılır? - ŞƏRH

Türkiyədə yaşayan suriyalılar son illərdə cəmiyyətdə ən çox mübahisə doğuran mövzulardan biridir. Artıq 2011-ci ildən etibarən Türkiyədə suriyalıların sayı artmaqda davam edir. Suriyalılar dövlət qurumları vasitəsiylə müxtəlif yardımlardan yararlana bilirlər. Hətta ölkədə suriyalılar tərəfindən şirkətlərin açılması davam edir.

Türkiyədə suriyalılara geniş imtiyazların verilməsi xalq arasında narazılıqla qarşılanır. Artıq ölkədə hər iki tərəf arasında qarşıdurmalar baş verir və kütləvi nümayişlər keçirilir. 5 yaşlı uşağın suriyalı tərəfindən təcavüz edilməsi xalq arasında xarici ölkə vətəndaşlarına belə nifrəti daha da artırdı. Artıq suriyalılara məxsus şirkətlər yandırılır və iş yerlərinə hücumlar təşkil edilir. Kütləvi nümayişlər və hücumlar davam edərsə, Türkiyədən suriyalılar və ərəblərin ölkədən xaric edilə bilər?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turan Rzayev deyib ki, Türkiyədə uriyalılara qarşı aqressiya və nifrət mövcuddur. Bununda subyektiv səbəbləri var:

"İlk olaraq Türkiyədə türklər aşağı maaşlarda isşləyirlər. Bu da daxili bazarda maaşların artmamasına gətirib çıxarır. Paralel olaraq, suriyalıların Türkiyədə ev alması və məskunlaşması, onlara imtiyazların verilməsikimi məsələlər faktiki olaraq türkləri narazı salır. Onlar özlərini ikinci planda görmüş kimi hiss edirlər. Bu da onlarda aqressiya yaratmışdı. Eyni zamanda suriyalıların qeyri-etik davranışları, türk mentalitetlərinə uyğun hərəkət etməmələri nəticə etibarilə vəziyyəti daha gərginləşdi".

Politoloqun sözlərinə görə, hazırkı situasiyada Surya və Türkiyə arasında münasibətlər normallaşırdı. Münasibətlərin normallaşmasını istəməyən və qəbul etməyən tərəflər var:

"Biz burada ABŞ-nin adını çəkə bilərik. Çünki Suriyada da türklərə qarşı bənzət hücumlar təşkil edilib və bayraqlar endirilib. Bunu edənlər Türkiyənin yardım etdiyi müxalif qüvvələr və onlaradəstək verən Amerikadır. Belə bir nəticəyə gəlmək olar ki, ABŞ Suriya və Türkiyə münasibətlərinin normallaşmasını istəmir Bəzi versiyalarda burada Rusiya və İranın adı çəkilir. Amma məntiqlə baxdıqda, Əsəd rejimini dəstəkləyən İranla və Rusiyanın özüdür. Bu baxımdan düşünürəm ki, ABŞ məsələnin pərdəarxasındakı qüvvədir. Amma ümumi mənada belə bir hadisənin baş verəcəyi gez-tez gözlənilirdi".

Turan Rzayev bildirib ki, gərginliyin artmasına görə, suriyalılar ölkədən çıxarılması mümkündür:

"Çünki Ərdoğan hakimiyyətinə suriyalılar bir qədər lazım deyil. Seçkiyə görə təbliğat onların üzərindən aparılırdısa, bu gün onlara ehtiyac yoxdur. Suriyalıların Türkiyədə qalması günü-gündən gərginliyə səbəb olur və Suriya ilə münasibətlərin normallaşmasının qarşısını alır. Hamısını göndərmək mümmkün olmasa da, yarısının ölkədən çıxarılması mümkündür".

Sevda Səfərova

Chosen
137
sonxeber.az

1Sources