EN

“Əslində elə əsas formamız qara yox, göy-ağ rənglərdən ibarət olmalıdı” - “İmarət Tayfa”

Bilindiyi kimi, “Qarabağ” son mövsümdə həm çempion, həm də ölkə kubokunu qalibi olmaqla növbəti uğura imza atdı.

“Football-plus.az” xəbər verir ki, ölkə futbol tarixinin rekordçusu olan Ağdam təmsilçisi növbəti mövsümdə çıxış edəcəyi formaları təqdim edib. Ənənəvi ağ və qara rəngli formalardan sonra Argentina millisini xatırladan göy-ağ rəngli formalar da diqqətdən yayınmadı. Bəs klubun azarkeşləri yeni formanın dizaynını necə qiymətləndirir? “İmarət Tayfa” fanklubunun rəhbərlərindən Elnur Quliyev sualı belə cavabladı:

“Doğrusu, formanın göy-ağ olması yaxşıdı. Çünki belə bir şüarımız da var: “Formamız göy-ağ, çempion “Qarabağ”! Əslində elə əsas formamız qara yox, göy-ağ rənglərdən ibarət olmalıdı. Həmçinin forma nostalji hisslər yaradır. Həm xatırlayırsızsa, “Qarabağ” 1999-cu ildə İntertoto kubokunda “Makkabi”ni keçəndə də formasının rəngi göy-ağ idi. Doğrudu, həmin forması daha tünd idi. Ancaq bu da yaxşıdı”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources