EN

“İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi Lənkəranda

İyunun 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində Lənkəran şəhərində eyni adlı təlim baş tutub.

QHT.az xəbər verir ki, təlim iştirakçıları İrəvanın tarixi, buradakı toponimlər, hidronimlər, antrotoponimlər və memarlıq abidələri haqqında ətraflı şəkildə məlumatlandırılıb.

Daha sonra Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparılıb. Sonda layihə çərçivəsində hazırlanan audiovizual materiallar Lənkəran şəhərinin müxtəlif məktəblərində çalışan və təlim iştirakçısı olan müəllimlərə göndərilib və bu məlumatların dərs prosesində istifadəsi tövsiyə edilib.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
1
turkustan.az

2Sources