Türkiyədə ötən ay illik inflyasiya 71,60%-a yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı İstehlak Qiymətləri İndeksi (TÜFE) rəqəmlərini açıqlayıb.
Hesabat dövründə ölkədə aylıq inflyasiya 1,64% artıb.
Bu dövrdə ən az bahalaşan 47,84% ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, ən çox artım göstərən sektor 107,11% ilə təhsil olub.
Gözəl Həşimova