Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq aləmdə mühüm rol oynayır və regional sabitliyə töhfə verir.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.
Dünya təşkilatının baş katibi ŞƏT-in Astanada keçiriləcək sammiti çərçivəsində ŞƏT+ formatında müzakirələrdə iştirak edəcək.
"Son bir neçə il ərzində ŞƏT beynəlxalq arenada mühüm iştirakçıya çevrilib", - Quterreş Qazaxıstanın " Kazinform" agentliyinə müsahibəsində qeyd edib.