EN

İsraildənLivan açıqlaması: Ordu rəsmi olaraq hərəkətə keçdi

İsrail ordusu şimaldakı Hermon və Dov dağlarında fəaliyyət göstərmək üçün qurduqları 810-cu Dağ Briqadasının Livan hücumunu təqlid edərək ilk təlimini keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, aylardır Qəzza zolağında günahsız mülki əhalini qətlə yetirən İsrail Livana qarşı quru əməliyyatına başlamaq üçün rəsmən hərəkətə keçib.

İsrail ordusundan verilən yazılı açıqlamada, Hermon və Dov dağlarına təyin olunmaq üçün yeni qurduqları 810-cu Dağ Briqadasının manevri ilə bağlı məlumat verilib.

Açıqlamada bildirilib ki, təlimdə “Livanın sıx bitki örtüyü olan ərazilərində və yaşayış məntəqələrində qarşıdurmalar da daxil olmaqla, hücum ssenariləri” var.

8 oktyabr 2023-cü ildən İsraillə davam edən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 357 olaraq açıqlanıb.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyi bəyanatında Hizbullahın İsrailin şimalına hücumlara başladığı 8 oktyabrdan bəri mülki binalar, ictimai binalar və infrastrukturu hədəf alan 1023 hücumun aşkar edildiyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources