EN

“Şimal-Cənub” marşrutunda Ermənistana nə vəd edilir?

Bakı. Trend:

Avropa İttifaqı, Fransa, ABŞ, Rusiya və İran indiErmənistandan həm də "nəqliyyat dəhlizlərinin keçə biləcəyi tranzitölkə" qismində yararlanmaq fikrindədirlər. Halbuki bu niyyət əslidefiks və xülyadır.

Ukraynada apardığı hərbi əməliyyatlar və bu əməliyyatlarsəbəbindən Qərbin tətbiq etdiyi çoxsaylı cəza sanksiyalarısəbəbindən ağır vəziyyətdə olan Rusiya nəqliyyat, loqistika vəkommunikasiyalar sahələrində də olduqca ciddi problemlərləüzləşib.

2022-ci ilədək fəaliyyət göstərən, Rusiya ərazisindən keçən vəya başqa dövlətlərin ərazilərindən keçərək Rusiyanın yararlandığımarşrutların total əksəriyyətindən Moskva məhrum olub.

Rusiya Federasiyasının bölgəmizdə əsas məqsədlərindən biri indi"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsini başavurmaqdır. Bunun üçün marşrutun inşa edilən son seqmenti olaqRəşt-Astara dəmiryolu tikilməlidir.

İnşası Moskva tərəfindən maliyyələşdirilən bu hissəninistifadəyə verilməsinə çox var: Rəşt-Xəzərian (Kaspian) dəmiryolhissəsi istifadəyə verilsə də, Rəşt-Astara dəmiryolunun istismarabaşlanması günü bilinmir.

Mayın 17-də Rusiya və İran "Şimal-Cənub" BND çərçivəsində İranlaAzərbaycan arasında Rəşt-Astara dəmiryol hissəsinin birgə inşasıilə bağlı anlaşma imzaladılar. Rusiyaya Fars Körfəzinə çıxış imkanıyaradan layihənin ümumi dəfəri 1,6 milyard avrodur.

Dəmiryol şissəsinin inşasına isə 1,3 milyard avro məbləğindədövlətlərarası kredit ayrılıb.

Xatırladaq ki, Hindistanın Mumbay şəhərinin beynəlxalq dənizlimanında başlayaraq 14 ölkədən keçən və Rusiyanın Sankt-Peterburqşəhərində başa çatan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi(BND) marşrutunun ümumi uzunluğu təqribən 7200 kilometrdir.

2000-ci ildə Sankt-Peterburq şəhərində keçirlmiş 2-ci AvrasiyaNəqliyyat Konfransında Rusiya, İran və Hindistan "Şimal-Cənub"layihəsi ilə bağlı anlaşma imzalamışdılar. Sonradan layihəyəAzərbaycan, Oman, Belarus, Qazaxıstan, Suriya, Türkiyə, Tacikistan,Qırğızıstan və Ermənistan qoşuldular.

"Şimal-Cənub" BND Hindistanın Mumbay limanından İranın Çehbeharvə Bəndər-Abbas limanlarınadək gəmilərlə, İran, Azərbaycan vəRusiya ərazilərindən dəmiryol qatarları imlə, Xəzər dənizi iləgəmilərlə, həmçinin İran, Qazaxıstan, Türkmənistan, Azərbaycan vəRusiya ərazilərindən avtomobil yolları ilə daşımaları ehtivaedir.

2022-ci ilin iyulunda BND ilə ilk kommersiya yükləridaşınıb.

Xəzər dənizi hövzəsində "Şimal-Cənub" dəhlizi Rusiya və İranərazisindən "Transxəzər", Azərbaycan ərazisindən - "Qərb,Türkmənistan, Özbəkistan və Qazaxıstan ərazilərindənsə "Şərq" kimi3 marşrutdan keçir.

2023-cü ildə İrandakı Rəşt və Astara şəhərləri arasında dəmiryolxəttinin inşası barədə Moskva və Tehran arasında müqaviləimzalanıb. Həmin yol hissəsinin uzunluğu 162 kilometrdir.

Anlaşmaya görə, Rəşt-Astara xəttini Rusiya və İran, İranAstarası ilə Azərbaycanın Astara rayonu arasındakı hissəni isəRusiya, İran və Azərbaycan birlikdə inşa edəcəklər.

Fəqət "Şimal-Cənub" BND layihəsi çərçivəsindəki Rəşt-Astaradəmirl hissəsinin cəmi 20 faizi ilə bağlı ərazini İran layihəöncəsiişlər üçün təqdim edib. Təxminən 30 km uzunluğa malik həmin hissəilə bağlı çoxsaylı texniki məqamlar var və onların həlli vaxt tələbedir.

Rusiya artıq iyunda ilkin təyinetmə və araşdırma işlərinəbaşlamaq, bununla da icra müqaviləsini imzalamaq, daha sonra isəlayihələndirmək işləri ilə bağlı tikintiyə başlayaraq artıq 2028-ciildə Rəşt-Astara yolunu istifadəyə verməyi düşünürdü.

Moskva tələsir, çünki hazırda Yəməndəki "Ənsərullah" hərəkatınınQırmızı dənizdəki ticari gəmiləri və neft tankerlərini, xüsusilə dəkonteyner daşıyan gəmiləri hədəfə alaraq vurmasından dolayı, Süveyşkanalından keçməklə qlobal dəniz yükdaşımaları azalıb. Yaranmışşəraitdə Rəşt-Astara yolunun mümkün qədər tez istifadəyə verilməsivə "Şimal-Cənub" BND-nin istismarının başlanması Rusiyaya qlobaldaşımaların əhəmiyyətli qismini cəlb etməyə imkan verərdi.

Rusiya tələssə də, "Şimal-Cənub" dəhlizi çərçivəsində işlərinsürətlənməsi, Tehranın aktivliyi və Fars Körfəzindən Rusiyaya,oradan da Avropaya daşımaların reallaşması üçün konkret addımlarınatılması müşahidə olunmur.

Rəsmi Moskva problemlərin qismən həlli qismində ErmənistanınBND-yə cəlb olunmasını görür və bir neçə məqsədi reallaşdırmaqistəyir.

Ermənistanın "Şimad-Cənuba" layihəsinə cəlb olunması BND-dəiştirakçılarının sayını artıraraq onu daha cazibədar təqdimatetməyə imkan verəcək. Eyni zamanda, Rusiya İrəvanı layihəyə dəvətetməklə Ermənistan üzərində təsir imkanlarını itirməməyəçalışır.

Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo məhz Moskvadan alınangöstərişdən sonra bəyan edib ki, sən demə, Rusiyanın Gürcüstanlasərhədindəki "Yuxarı Lars" sərhəd nəzarət-buraxılış məntəqəsini"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsinə daxiletmək olar.

Onun sözlərinəə görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı(RSSİ) Vladiqafqazda keçirdiyi toplantısında bu məsələni müzakirəedib.

RSSİ-nin prezidenti Aleksandr Şozin isə bəyan edib ki, quruyükdaşımalarının "Yuxarı Lars"dan keçməsi "Şimal-Cənub" layihəsinineffektivliyini artırmaqla yanaşı, "əlavə bii yol yox, tammənalımagistral olacaq".

"Yuxarı Lars"dan yol Gürcüstandan keçməklə Ermənistana, oradanda İrana apara bilər.

Bu arada prosesə Hindistana da qatılıb.

Dehlidəki ekspertlərin və analitiklərin dediklərinə görə,Hindistanın "Şimal-Cənub" layihəsində maraqlarından biri marşrutunAzərbaycan yox, Ermənistan ərazisindən keçməsidir. "Beynəlxalqnəqliyyat dəhlizi Azərbaycan və ya Türkiyə ərazisiindən keçərsəperspektivdə Hindistan problemlərlə üzləşə bilər, çünki Bakı vəAnkaranın Pakistanla çox sıx əlaqələri var, onlar müttəfiqlərdir.Pakistan isə Hindistanın Rusiyaya və Avropa İttifaqı ölkələrinəçıxışına imkan verən yolların hamısını qapadıb", - hindistanlıekspertlər deyirlər.

Onların sözlərinə görə, İsrail-Fələstin qarşıdurması vəYəməndəki husilərin Qırmızı dənizdən keçən gəmilərə hücumlarınəticəsində Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizi ilə bağlıplanlar kağız üzərində qalıb. Və elə bu səbəblərdən dolayı"Şimal-Cənub" dəhlizinin önəmi Hindistan üçün artır: "CənubiQafqazda vəziyyət hələ stabil deyil, Azərbaycanla Ermənistanarasında sülh müqaviləsi imzalanmayıb. Lakin hər şeyə rəğmən,"Şimal-Cənub" layihəsini reallaşdırmaq və marşrutun Ermənistanərazisindən keçməsinə nail olmaq mümkündür. Belə olarsa,Ermənistanın təhülkəsizlik təminatı artacaq, Azərbaycanın vəTürkiyənin Zəngəzurla bağlı planları əhəmiyyətli dərəcədəzərərsizləşdiriləcək".

Hindistanlı ekspertlərin və analitiklərin təkliflərini yalnıhironiya ilə qarşılamaq olar. Dünyanın ən böyük iqtisadiyyatlarındanbiri olmağa doğru sürətlə irəliləyən, geosiyasi və geostratejiçəkisini fasiləsiz artıran Hindistan üçün məntiqi, hətat optimaldavranış Pakistanla olan münasibətlərini Cənubi Qafqaz bölgəsinəinikas etməməkdir.

İran da "Şimal-Cənub" layihəsinin bir marşrutunun Ermənistanərazisindən keçməsi və bu minvalla Ermənistan vasitəsilə Rusiya,oradan da Avropa bazarlarına çıxış əldə etmək istəyir.

Hazırda Rusiya və Hindistan da "Ermənistan variantı"ndandanışırlar.

ABŞ, Fransa və Avropa İttifaqının Ermənistanın baş naziri NikolPaşinyan verdikləri dəstəyi, göstərdikləri himayəni nəzərə alsaq,variant Qərbin diqqətini də cəlb edə bilər.

Mümkündür, amma "Şimal-Cənub" layihəsi çərçivəsindəErmənistandan marşrut keçirmək çox risklidir. Belə perspektivsiz,riskli layihəyə ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan investisiyayatıracaq?

Çox şübhəli məsələdir, çünki Ermənsitandakı dağlıq ərazilərdənyeni yolun çəkilməsinə milyardlarla avro vəsait sərf etməkgərəkdir.

İranla Ermənistan bu variantı illərdir ki, reallaşdırmaqistəsələr də, nə Tehran, nə də İrəvan idefiks təsiri bağışlayanlayihəyə pul xərcləmək istəmirlər.

Yəqin elə bu səbəbdən absurd variantla Rusiyanı və Hindistanışirnikləndirmək qərarına gəliblər.

Sonda bir daha zatıroadaq ki, "Şimal-Cənub" BND ilə bağlı vədlərvə bəyanatlar yumşaq yazsaq, izafi nikbinlik təsiri bağışlayır.Belə ki, layihədəki quru yol marşrutlarının ikisinin də istifadəyəverilməsi İran, Qazaxıstan və Türkmənistandakı dəmiryolşəbəkələrinin çox aşağı buraxma-nəql imkanları, habelə Rusiya vəQazaxıstandakı avtomobil yollarının müasir standartlara cavabverməməsidiir.

Gəmilərlə daşımalar isə layihədə nəzərdə tutulmuş limanlarınburaxma güclərinin yetərli olmaması, İrandakı limanlara dəmiryolxətlərinin yoxluğu, İranla Rusiyanın Xəzərdəki nəqliyyatgəmilərinin köhnə olmasıdır.

Belədirsə, asılı qalmış layihəyə Ermənistanın da "aktiv cəlbedilməsi" tragikomik cəhd təsiri bağışlayır.

Məqalədə:
Chosen
79
7
az.trend.az

8Sources