EN

Çin Rusiya üçün hücum dronları hazırlayır

Çin

Çin və Rusiya şirkətləri İranın “Şahed” pilotsuz uçuş aparatına (PUA) bənzər hücum dronları hazırlayır.

Reyting.az
bildirir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan avropalı rəsmilərə istinadla məlumat yayıb.

Avropalılar etiraf ediblər ki, bu, Çinin Qərb rəsmilərinin əvvəllər xəbərdarlıq etməsinə baxmayaraq, Rusiyaya ölümcül yardım göstərməyə yaxınlaşmasının əlamətidir.

Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, keçən il şirkətlər İran dronlarının istehsalı üzrə əməkdaşlığa razılaşıblar və bu il Rusiya Federasiyasına göndərmək üçün hazırlıq və sınaqlara başlayıblar.

Onların sözlərinə görə, Çinin pilotsuz təyyarələri Ukraynada hələ istifadə edilməyib.

Bəzi ölkələr hesab edir ki, Rusiyaya hücum məqsədləri üçün pilotsuz təyyarələrin verilməsi ölümcül yardım üçün sərhədi keçəcək.

Nəşr qeyd edib ki, Rusiya Federasiyası kritik hissələrin və komponentlərin tədarükündə Çinə arxalanır. Rəsmilərin fikrincə, Çinin “Şahed” kimi PUA-ları İran və ya Rusiyadan daha sürətli istehsal edə bilməsi narahatedicidir.

Səlahiyyətlilər PUA-ların hazırlanması ilə bağlı təfərrüatları təqdim etməyiblər, lakin Çinin müdafiə saytları və bir sıra media qurumları ölkənin “Sunflower 200” adlı kamikadze hücumu dronları hazırladığını bildiriblər.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
reyting.az

1Sources