EN

“Makkabi”nin baş məşqçisi: Hədəf “Sabah”la oyunlara düzgün çıxmaqdı

“Bir həftədən çoxdu məşqlərə başlamışıq. Düşərgədə çox çalışmaq üçün gözləyən gəncləri, yeni köhnələri komanda ətrafında birləşdirmək üçün çox işimiz var”. Matc.az xəbər verir ki, bunu Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Bakar deyib. Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq İsrail klubunun 44 yaşlı çalışdırıcısı yerli mətbuata açıqlamasında həmin duellərə hazır olmaq istədiklərini bildirib: “İlk rəsmi oyunumuz Konfrans Liqasında “Sabah”a qarşı olacaq. Hədəfimiz azərbaycanlılarla qarşılaşmalara düzgün çıxmaqdı. Ancaq ona qədər hələ yolumuz var. Bu üzdən çox çalışmaq, hər kəsin yüz faiz gücünü ortaya qoyması vacibdi. İnanıram ki, “Sabah”la oyunlara hazır olacağıq”. Qeyd edək ki, “Sabah”ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşü isə avqustun 1-də evdə olacaq.

Chosen
87
matc.az

1Sources