EN

Finlandiya prezidenti: Ukraynada münaqişəyə Çin son qoya bilər

Çin Ukraynada münaqişəyə son qoya bilər. Xüsusən də Çin lideri Si Cinpinin bir zəngi ilə hər şeyi həll etmək olar. Bu sözləri iyulun 3-də Finlandiya prezidenti Aleksandr Stubb “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Rusiya indi Çindən çox asılıdır. Prezident Ci Cinpindən bir telefon zəngi bu böhranı həll edəcək”, - deyə o bildirib.

Stubbın fikrincə, əgər Çin lideri sülh danışıqlarına başlamağın vaxtının çatdığını desəydi, o zaman Rusiya tərəfi “bunu etməyə məcbur olardı”.

Bir gün əvvəl, iyulun 2-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, NATO Ukrayna böhranının səbəblərindəki rolu barədə düşünməlidir. O, həmçinin vurğulamışdı ki, ÇXR həmişə sülh danışıqlarını təşviq edib və Ukrayna böhranının siyasi həllinə yardım edib.

İyulun 1-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Çin alyansın dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuyur. Bundan əlavə, baş katib Çindən Tayvana və Asiya-Sakit Okean regionu ölkələrinə təhlükə olduğunu, bununla əlaqədar blokun onlarla əməkdaşlığı artırdığını açıqlayıb. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
xalqqazeti.az

1Sources