EN

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

“Əlçatan

Bakı, 3 iyul, AZƏRTAC

Bu ilin iyun ayında “Bakı metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən sağlamlıq imkanları məhdud 82 sərnişin istifadə edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin iyunundan 12,3 faiz çox sərnişin (9 sərnişin) deməkdir. Ümumilikdə, 2024-cü ilin birinci yarım ili üzrə metropolitendə 594 nəfər bu xidmətə müraciət edib. Onlarda 9-u daha sonra sifarişindən imtina edib və 585 sərnişin daşınıb. Bu isə 2023-cü ilin ilk yarısına nisbətən (422 sərnişin) 38,6 faiz daha çox sərnişin deməkdir.

Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş bu xidmətdən əlil və uşaq arabaları, qoltuqaltı ağac və əsa ilə hərəkət edənlər, yaşlı və ahıllar, bir sözlə, metropolitendən istifadə imkanları bu və digər qaydada məhdud sərnişinlər müraciət edirlər. Sifariş ən azı 1 saat əvvəlcədən olmaqla, mobil əlavə, (+994 50) 268 00 65 mobil rabitə xidmətinə zəng və ya ismarıc vasitəsilə edilir.

Chosen
122
10
azertag.az

10Sources