EN

Ərəblərdən Türkiyə əleyhinə çirkin paylaşımlar: Boykot ediləcək türk məhsullarını siyahıya salıblar – FOTO

Kayseridə Suriya vətəndaşının 7 yaşlı qıza sataşmasından sonra şəhərdə başlayan hadisələr ölkənin müxtəlif bölgələrinə yayılıb. Buna cavab olaraq Suriyanın bəzi bölgələrində türk yük maşınları və Türkiyə bayraqları yandırılıb. Sosial şəbəkələrdə bəzi ərəb istifadəçilər türk markalarının siyahısı ilə şəkil paylaşaraq boykot çağırışı edib.

Turkustan.az xəbər verir ki, Türkiyənin bəzi şəhərlərində suriyalılara qarşı insidentlər baş verib. Suriyada Türkiyənin nəzarətində olan bölgələrə hücumlar həyata keçirilib. Gərginliyin artdığı bu dövrdə sosial şəbəkələrdə Türkiyə əleyhinə çirkin paylaşımlar edilib.

Bütün dünya ictimai rəyi Türkiyədə baş verənlərə diqqət yetirdi. Yaxın Şərqdə yayımlanan media şirkəti “Əl-Bəvaba” çox diqqət çəkən bir məqamı vurğulayaraq, müxtəlif ölkələrdən sosial media istifadəçilərinin Türkiyəni boykot çağırışları etdiyini açıqlayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri “Əvvəlcə onların turizmini boykot edin, bu daha təsirli olar” deyərkən, bir istifadəçi “Qaçqın qəbul edənləri boykot etməyin” deyib. Əl-Bəvabanın xəbərində başqa bir sosial media istifadəçisinin "Bu məhsulları ilk dəfə görürəm. Misirdə adi hal kimi görünür" dediyi bildirilib.

Araplardan

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
48
turkustan.az

1Sources