EN

“Bravo”nun qarşısında piyadanı vuraraq qaçan qadın sürücüyə elektron qolbaq taxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində maşınla piyadanı vuraraq qaçmaqda təqsirləndirilən Gülsüm Adıgözəlovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin çıxardığı 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İttihama görə, hadisə 10 mart 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Gülsüm Adıgözəlova idarə etdiyi “Kia Picanto” markalı avtomobillə hərəkətdə olarkən yolun “Bravo” mağazanın yaxınlığından keçən hissəsində dayanmış piyada Müşfiq Vəliyevi vurub və hadisə yerindən qaçıb.

 

Hadisədən sonra Gülsüm Adıgözəlova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 3 İyul 2024, 10:16   
Chosen
60
pravda.az

1Sources