EN

Bu rayonlara leysan yağdı

Saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda intensiv olub.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şahdağda 22 mm, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 mm, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında da 1 mm-dək olub.

Chosen
9
49
publika.az

10Sources