EN

Braziliyada yeni bayram günü - Kral Pele günü

Braziliya hökuməti futbol üzrə üçqat dünya çempionu Pelenin şərəfinə milli bayrama yeni gün - Kral Pele Günü əlavə edib.

"Operativ Media" AP-a istinadən xəbər verir ki, bu, noyabrın 19-da qeyd olunacaq .

1969-cu ilin həmin günü “Santos”un və Braziliya millisinin sabiq hücumçusu Riodakı “Marakana” stadionunda 1000-ci qolunu vurub. Həmin görüşdə “Santos” “Vasko da Qama”ya 2:1 hesabı ilə qalib gəlib.

Qanunu artıq Braziliya prezidenti Luis İnasio Lula da Silva imzalayıb.

Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources