EN

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

Image

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyotta Corolla" markalı minik avtomobilinin vurduğu piyada Şükürov Elbrus Adəm oğlu aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətləb Salahov






Chosen
84
14
baki-xeber.com

10Sources