EN

IDF Livanın cənubundakı “Hizbullah”ın hədəflərini vurub

Çərşənbə günü səhər erkən saatlarda İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanın cənubunda “Hizbullah”ın hədəflərinə hücum edib.

“İki sahil” “The Yeruselim Post”a istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Leyda, Yaron və Tir Harfa bölgələrində “Hizbullah”ın infrastrukturlarını bombalayıb.

Bundan əlavə, döyüş təyyarələri təşkilatın İtatron bölgəsindəki hərbi strukturuna hücum edib, ordu isə Lavona və Şaçin bölgələrində təhlükəni aradan qaldırmaq üçün artilleriya ilə hücuma keçib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
ikisahil.az

1Sources