EN

"Ukrayna Afrika və Suriyada da Rusiyaya qarşı döyüşür..."- "The Hill”

Ekspertin fikrincə, Ukrayna təkcə öz döyüş meydanlarında vuruşmur, həm də Rusiya ilə mübarizəni dünyanın başqa yerlərinə də daşıyıb...
 
"Qərb lazım olan yerdə Rusiyaya zərbə endirmək səylərini dəstəkləmək üçün Ukraynanı daha çox resurs, o cümlədən kəşfiyyatla təmin etsə, müdrik olardı..."
 
Ukrayna Afrika və Suriyada da Rusiyaya qarşı döyüşür.
 
Moderator.az  "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə siyasi icmalçı David Kiriçenko “The Hill” üçün yazdığı məqaləsində bəhs edir.
O xatırladır ki, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğala başlayandan bir neçə həftə sonra Kiyevdə qələbəni qeyd edəcəyini gözləyirdi. Lakin Ukrayna nəinki öz döyüş meydanlarında vuruşdu, həm də Rusiya ilə döyüşü dünyanın başqa yerlərinə daşıdı.
 
Müəllif qeyd edir: “Rusiya-Ukrayna müharibəsinin cəbhə xətti indi Afrika və Yaxın Şərqə uzanır, burada Ukrayna xüsusi təyinatlıları Moskvanın iqtisadi resurslarını və təsirini sarsıtmaq üçün Rusiya qüvvələrini təqib edir”.
 
Ekspert  ABŞ kəşfiyyatının “tam məxfi sənədi”nə istinad edir. Sənədə əsasən, Ukrayna hərbi kəşfiyyatı əvvəllər 2023-cü ilin əvvəlində gizli kürd yardımı ilə Suriyadakı Rusiya qüvvələrinə hücum planları hazırlayıb.
 
“Suriyadakı Rusiya bölmələrinə hücumun məqsədi potensial olaraq Rusiyanı Suriyadakı müdafiəsini gücləndirmək üçün Ukraynadan hərbi resurslarını həmin ölkəyə yönləndirməyə məcbur etmək idi. Ukraynalı zabitlər Suriya demokratik qüvvələrinin yaraqlılarına pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya obyektlərinə zərbələr endirmək üçün təlim keçmək imkanını nəzərdən keçirirdilər”.
 
Jurnalist həmçinin qeyd edir ki, Afrikada Rusiya Sudanın hərbi rəhbərliyi ilə əməkdaşlıq edərək milyardlarla dolları qızıla çevirib Rusiyaya Qərbin sanksiyalarından yan keçmək üçün həmin ölkənin vətəndaşlarını əhəmiyyətli dövlət gəlirlərindən məhrum edib.
 
Həmçinin 2023-cü ilin avqustunda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba diplomatik əks-hücuma başlamaqla "Afrikanı Rusiyanın caynağından azad edəcəyinə" söz verdi.
Bu arada 2023-cü ilin avqust ayına qədər Ukraynanın "Timur"  hərbi kəşfiyyat bölməsi Sudanda rus muzdlularını ovlamaq üçün hərbi kampaniya aparıb.
 
“Ukraynanın Qərb dövlətlərinin Sudan və Suriyanın cənubu kimi müdaxilə etməkdə tərəddüd edə biləcəyi bölgələrə hərbi müdaxilə etmək imkanı var. Qərb lazım olan yerdə Rusiyaya zərbə endirmək səylərini dəstəkləmək üçün Ukraynanı daha çox resurs, o cümlədən kəşfiyyatla təmin etsə, müdrik olardı”, - deyə Kiriçenko yekunlaşdırır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
moderator.az

2Sources