EN

Montella: “Komanda ruhunu son dəqiqəyə qədər ortaya qoyduq”

Türkiyə AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya yığmasını məğlub edərək (2:1) növbəti mərhələyə yüksəlib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra “ay-ulduzlular”ın baş məşqçisi Vinçenso Montella mətbuata açıqlama verib. “Biraz yorğunuq, bizim üçün çox vacib oyun idi. Komanda ruhunu son dəqiqəyə qədər ortaya qoyduq. Futbolçularım adına çox sevincliyəm. Qələbə sayına görə 2008-ə çatmışıq. Bu da bizim üçün ayrıca bir sevincidir”. Qeyd edək ki, 1/4 final mərhələsində Türkiyə Niderlanda yığması ilə qarşılacaq. Oyun 6 iyun saat 23:00-da baş tutacaq.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
matc.az

1Sources