Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün baş tutan 1/8 final mərhələsinin iki oyunundan sonra 1/4 finalda üz-üzə gələcək bütün komandalar dəqiqləşib.
Qeyd edək ki, bu raundun qarşılaşmaları iyulun 5-də və 6-da baş tutacaq.
Avropa çempionatı iyulun 14-də başa çatacaq.
AÇ-2024
1/4 final
5 iyul
20:00. İspaniya – Almaniya
23:00. Portuqaliya – Fransa
6 iyul
20:00. İngiltərə – İsveçrə
23:00. Niderland – Türkiyə