EN

"Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir"

"Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik".

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

 

O bildirib ki, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir: "Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəlikdən danışmaq istəmirəm".

 

Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəkləri gözlənilir.

Chosen
77
32
senzor.az

10Sources