EN

“Çelsi”dən yeni TRANSFER

"Çelsi" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, London təmsilçisi "Lester Siti"dən Kiernan Dyuzböri-Hollu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çelsi" ingiltərəli dayaq yarımmüdafiəçisi üçün "Lester Siti"yə 30 milyon funt-sterlinq təzminat ödəyib. 25 yaşlı futbolçu yeni klubu ilə 2020-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Kiernan Dyuzböri-Holl "Lester Siti"nin yetirməsidir. O, ötən mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 49 rəsmi matçda 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
23
2
bizim.media

2Sources