Bakı, 2 iyul, AZƏRTAC
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.
23:01
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.