"Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin (İH) bu gün keçirilmiş iclasında 1 sentyabrda Milli Məclisə növbədənkənar seçkilərdə AXP-nin iştirakı haqqında məsələni müzakirə edərək bu seçkilərdə iştirak etmək barədə qərar qəbul etdi".
"AzPolitika" xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ partiya sÉ™dri PÉ™nah Hüseyn bildirib.Â
Onun sözlərinə görə, İH seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini təyin edib:
"48 saylı 1-ci Abşeron Seçki Dairəsindən Məzahir İsrayılovun, 67-ci Sabirabad Seçki Dairəsindən Qiyas Sadıqovun, 68-ci Sabirabad – Şircanİ Seçki Dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala Seçki Dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürülüb", - P. Hüseyn qeyd edib.
"AzPolitika.info"