EN

Pənah Hüseyn deputatlığa namizədliyini irəli sürdü-AXP qərarını açıqladı /SİYAHI

Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin sədri olduğu Xalq Partiyası parlament seçkilərində iştirakla bağlı qərar verib.

Azpost.info bildirir ki, bu barədə P. Hüseynin açıqlamasında deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin bu gün keçirilmiş iclasında Milli Məclisinə növbədənkənar seçkilərdə AXP- nin iştirakı haqqında qərar qəbul edib.

İH seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini təyin edib. AXP 48 saylı 1- ci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67- ci Sabirabad seçki dairəsindən Qiyas Sadıqovun, 68- ci Sabirabad-Şirvan seçki dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala seçki dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə seçki dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam seçki dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
5
azpost.info

6Sources